Ən çox satılan maşınlar - SİYAHI

Avtobazar 13 Mart 2015 13:32 Oxunub 5449
Ən çox satılan maşınlar - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2015-cu ilin fevral ayı ərzində 333 min 500 avtomobil satılıb

Rusiyada avtomobil satışında ciddi azalma qeydə alınıb. Avtosfer.az-ın anspress-in məlumatına görə, bu ölkədə fevral ayında "ikinci əl" avtomobillər yeni maşınlarla müqayisədə daha çox satılır. Ancaq buna baxmayaraq satışlar təxminən 22,5% aşağı düşüb. Marka və modellərin reytinqində isə demək olar ki, ciddi dəyişiklik olmayıb. Yerli istehsal olan "Lada" bazarda liderliyini qoruyub saxlamağı bacarıb. Rusiyada 2015-cu ilin fevral ayı ərzində 333 min 500 avtomobil satılıb. Əgər satış statistikasına nəzər salsaq görərik ki, ilin əvvəlindən bu yana "ikinci əl" avtomobillərin satışı 16,4% azalıb. Rusiyada ən çox satılan avtomobillər arasında VAZ-2107 (11366) ilk sıradadır. Ancaq bu avtomobilin satışı 23,8% azalıb. Lada-2114 isə siyahıda ikinci yeri (10689) tutur. Üçüncü pillədə isə Lada-2110 (9526) modeli qərarlaşıb. 

Ən az satılan avtomobillər isə müvafiq olaraq "Toyoto", "Nissan", "Chevrolet", "Ford", "Hyundai", "Volkswagen", "Mitsubishi", "Honda" və "Renault"dur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Namiq 10 Noyabr 2014 22:55
Yalan yazmayin Qazaxstan Rusyada mawein qoymayib qala,17.0ktyabr 2014 den bu gune kimi butun mawinlari kohne -teze demirler, Toyota birinci olmaq werti ile,Qazaxlar dawiyirlar.Duz melumat verin yalanlara son qoyun...