Avtomobil elektrik dirəyinə çırpıldı: 6 yaralı - FOTO

Avtosfer Foto 12 Mart 2019 08:25 Oxunub 1409
Avtomobil elektrik dirəyinə çırpıldı: 6 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəzanın baş vermə səbəbini araşdırır

İstanbulun Avcılar rayonunda sürət həddini aşan sürücü sükan idarəetməsini itirərək avtomobili elektrik dirəyinə çırpıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzanın şiddətindən maşın deformasiyaya uğrayıb. Nəticədə 6 nəfər xəsarət alıb.

Hadisə yerinə tibb, xilasetmə və polis briqadaları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə rayonun müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Polis qəzanın baş vermə səbəbini araşdırır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh