“Formula 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib

Yarışma 12 Mart 2019 22:24 Oxunub 1293
“Formula 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq

“Formul 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yeni mövsümdə dövrəni ən tez tamamlamağa görə 1 xal veriləcək. Lakin bunun üçün sürücünün finişə ilk “10-luq”da çatması lazımdır. Bir xal həm pilotun, həm də Konsturktorlar Kuboku üçün komandanın hesabına əlavə olunacaq. Beləliklə, dünya çempionatında əlavə 21 xal oynanılacaq.

Qeyd edək ki, “Formula 1”də analoji qayda 1950 – 1959-cu illərdə tətbiq olunub. 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. 21 mərhələdən ibarət mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh