Qəzada sürüşən maşın piyadaya, sonra beton dirəyə çırpıldı - FOTO

Avtosfer Foto 12 Mart 2019 18:25 Oxunub 2526
Qəzada sürüşən maşın piyadaya, sonra beton dirəyə çırpıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb

Türkiyənin İzmir vilayətinin Konak rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmanın gücündən sürüşən avtomobillərdən biri əvvəlcə yol kənarında dayanan piyadaya sonra da beton elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində maşında olan 2 nəfərdən biri və vurulan piyada ölüb, daha 1 nəfəri isə xəsarət alıb.

Yaralı çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh