Ayda qeyri-adi obyekt kəşf edildi – VİDEO
Maraqlı 13 Mart 2019 23:22 203 dəfə oxunub
Ayda qeyri-adi obyekt kəşf edildi – VİDEO
Simmterik, iri ölçülü obyekt ilk baxışdan elektron qol saatını xatırladır

Tayvanlı ufoloq və virtual arxeoloq Skott Uorinq Ayda yeni obyekt kəşf edib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Uorinq bu yaxınlarda Ayın peyklə çəkilmiş fotolarını incələyib və qeyri-adi obyekt müşahidə edib. Ufoloq Ayın cənub hissəsindəki Zeeman kraterinin kənarında sirli obyekt görüb. Simmterik, iri ölçülü obyekt ilk baxışdan elektron qol saatını xatırladır.

Qeyri-adi obyekt düzbucaqlı formasındadır və kənarları açıq rəngli haşiyəlidir. Onun yan tərəflərində hansısa konstruksiya var. Uorinqin fikrinə əsasən, bu obyekt sünidir və inşa edilib. Çünki Ay təbiəti bu qədər hamar və simmetrik obyekt yarada bilməzdir.

İndi alimləri bir sual düşündürür: bu obyekti kim inşa edib? Yadplanetlilər? Qədim sivilizasiya yoxsa müasir gizli-kolonistlər?

ŞƏRH YAZ
Ad
E-mail
Şərh