Formula 1 yarışmasının 2020-ci il mövsümündə ən azı 21 yürüş keçiriləcək

Yarışma 13 Mart 2019 23:14 Oxunub 1410
Formula 1 yarışmasının 2020-ci il mövsümündə ən azı 21 yürüş keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu gün bizim təqvimdə yerləşdirə biləcəyimizdən daha çox yürüşlərimiz var”

Formula 1-in rəhbəri Çeyz Kerinin sözlərinə görə, çempionatın 2020-ci il təqvimində ən azı 21 yürüş keçiriləcək. Ona, həmçinin Kral yürüşlərinin növbəti mövsümündə mərhələlərin sayının azala biləcəyi barədə sual verilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Ç.Keri cavabında hər şeyin mümkün ola biləcəyini deyib. “Bu gün bizim təqvimdə yerləşdirə biləcəyimizdən daha çox yürüşlərimiz var. Mənə elə gəlir ki, onları təqvim üçün ayırmaq çətin olacaq. Biz hələ bütün bunlar haqqında ortaq məxrəcə gəlməmişik. Lakin sözsüz ki, Formula 1-ə olan maraq təqvimi necə doldurmağımızda bizə variantlar verəcək”, - deyə Keri “RaceFans” saytının sualını cavablandırıb.

Daha əvvəl Çeyz Formula 1-in 2019-cu il üçün prioritetlərini açıqlayıb. “Əsas prioritet təkcə texnologiya planında liderliyi davam etdirmək deyil, həm də insanlara hibrid güc qurğularının inkişafı fonunda böyük effektivliliyə nail olmağımızı nümayiş etdirməkdir. Biz atmosferə buraxılan karbon qazı tullantılarının azaldılması üzrə işləri davam etdirəcəyik.

İkinci prioritet isə Formula 1-in hamı üçün idman növü olmasını hər kəsə çatdırmaqdır. Bu, o deməkdir ki, qadınların da trasda və onun hüdudlarından kənarda iştirak etmək imkanları vardır. Biz Formula 1-i dünyanın hər bir guşəsində inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Biz istəyirik ki, çempionat özünün sehrini və cazibədarlığını qoruyub saxlasın, lakin bununla yanaşı, azarkeşlər üçün daha açıq olsun”, - deyə Keri bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh