Məşhur film həyatda yaşandı: Təyyarə körpəyə görə hava limanına qayıtdı

Maraqlı 13 Mart 2019 23:05 Oxunub 1389
Məşhur film həyatda yaşandı: Təyyarə körpəyə görə hava limanına qayıtdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadının məsuliyyətsizliyinə görə, cəzalandırlıb-cəzalandırılmadığı barədə məlumat verilmir

Səudiyyə Ərəbistanının təyyarəsi sərnişin tərəfindən unudulan körpəyə görə, aeroporta qayıdıb. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, hadisə Ciddə şəhərində kral Əbdül Əziz adına hava limanında baş verib. Yerli mətbuatın məlumatına görə, Səudiyyə Ərəbistanı hava yollarına məxsus təyyarənin komandiri və dispetçer arasında danışıq olub. Pilot bildirib ki, sərnişinlərdən biri körpəsini terminal binasında unutduğu üçün uçmaqdan imtina edir. Bu səbəbdən də təyyarə geri qayıtmalı olub.

Qadının məsuliyyətsizliyinə görə, cəzalandırlıb-cəzalandırılmadığı barədə məlumat verilmir.

Qeyd edək ki, bir çoxları bu hadisənin ABŞ istehsalı olan “Evdə tək” filminə oxşadığını bildiriblər. Həmin filmdə də ana təyyarəyə minən zaman uşağını hava limanında unutduğunu bilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh