Polis olmaq istəyənlərin nəzərinə!

Gündəm 13 Mart 2015 17:55 Oxunub 46949
Polis olmaq istəyənlərin nəzərinə!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlik məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) xidmətə qəbulla bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, DİN, Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr (qadınlar 170 santimetrdən) və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir. Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.

DİN növbəti müsabiqəni nazirliyin Aparatında vakant olan 3 inspektor-tərcüməçi vəzifəsində xidmətə qəbulla keçirir. Müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, yaşı 30-dan,ixtisas üzrə elmi dərəcəyə malik şəxslər yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müvafiq ixtisas üzrə elmi dərəcəyə və tərcüməçi kimi əmək stajına malik şəxslərə üstünlük verilir. Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əsmər 3 Fevral 2022 01:37
Vetene laiqli Polis olmaq.Ata ve Babamın davamçısı olmaq.
Rufet ismayilov 14 Sentyabr 2020 00:20
Salam men rufet ismayilov Gurcustan vetandasiyam Konullu olaraq polis oLmaq isteyrem Yaşım 13.10.2002 11illik tehsil alimsan Sabuncu rayonu e.meherremov adına 137sayli tam orta mektebi bitirmsem 070-376-58-77 Özümde mastagada qaliram 1.68 boy 57kg Fiziki cehetden sagalamam Instagram hesabimim rufet_7680
Ferman 18 Avqust 2020 22:13
Salam 23yaşim 176 boyum var 4il karate ile mesqul olmuşam 2il A R Dövlet serhet xidmetinde gizir vezifesinde xidmet etmişem muhafize polisinde xidmet ede bilerem xahiş edirem nezere alasiniz teşekkür edirem.
Ərziman 28 Dekabr 2019 19:47
Salam.Mem Erzuman Ərziman Bakı şeheri Bineqedi rayonunda yaşayiram.Bineqedi rayonda qeydiyatdayam.1.80 boyum var.Tam orta mektebi bitirmişem.Muay-tay idman növü ile meşğul olmuşam.Nailiyyətlərim var.Mən polis işlemek istiyirem.men senedleri hara verməliyəm.Hara ve hansi senedleri vermeliyem.Xahiş edirem bu haqda cavab yazim.
Elmar 5 Avqust 2019 01:45
20yaşim var.Universitetde oxuyuram.3kurs telebesiyem.Englsh dili biliyim var.Konustutsiyani bilirem.Könüllü polis olmaq isteyrem.Koputer biliyim var.Boyum 1.83 çekim 66 6iljudonan meşğul olmuşam bacarıqım qabiliyetim yaxşıdır.
Muradxanova Gozel 28 Noyabr 2018 18:17
19 yashim var.mektebi 5 4nen bitirmishem.ingilis dili bilgim var.ali mektebe sened vermirsem,Amma oxuya bilmedim.Konustutisiyanj bilirem. Konullu polis olmaq isteyirem.komputer bilim var. Boyum 167 çekim 57
Lamiye 2 Avqust 2018 13:11
Salam ali tehsilim yoxdu 28yawim var ama yawimi hec gostermirem boyum 1.72, cekim 60 karate ile de mewqul olmuwam ozumu mudafie ede bilirem konullu olaraq posil olmaq isteyirem.
Gunel 29 İyul 2018 21:27
Salam men Qasimova Gunel Goycay rayonunda yawayiram ve orda qeydiyatdayam.tam orta tehsilliyem.kamputer ixtisasliyam.boy 170 .ceki 67.Poliste iwlemek isteyirem hara ve nece muraciet edim
firdovsi 10 Noyabr 2014 22:55
men polis iwlemek isteyirem
Elmir 10 Noyabr 2014 22:55
Salam.menim adim Elmir.Agdas rayonu Xinaxli kendinde yasayiram ve orda qeydiyyatdayam.Orta ixtisas tehsilliyem.Yasim 22, boyum180 sm-dir.Esas heqiqi herbi xidmet kecmisem.Men Daxili Isler Nazirliyinde Polis vezifesinde calismaq isteyirem.Bununla bagli kime ve hara muraciet ede bileremXahis edirem mene muracietimle bagli melumat vererdiz.
Sərxan 10 Noyabr 2014 22:55
Menim boyum,174 heqiqi herbi xidmetde olmuşam,orta-ixtisas.Komputer operatoru.Asan Xidmetde könüllü olmuşam, baku2015 avropa oyunlarına da devet qazanmışam.
Zaur 10 Noyabr 2014 22:55
Salam 178 boy 74 kq ceki,ali tehsil idman akademyasi,herbi xidemet N sayli herbi hise on xetde kesviyatda qeydiyat baki hal hazirda ideyirem ama polisde isdemek isdeyirem ama her defe bu alinmir belke bu sefer alinar amin