Kim necə istəyir elə sürür; axırı belə olur - VİDEO

Avtoreyd 15 Mart 2015 21:04 Oxunub 2900
Kim necə istəyir elə sürür; axırı belə olur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda kobud qayda pozuntusunə yol verən sürücü ağır qəzaya səbəb oldu

Avtosfer.az Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəza videosundan görünür ki, «VAZ-2107» markalı avtomobilin sürücüsü yolda dayanır. Sonra isə sürətlə yaxınlaşmaqda olan nəqliyyat vasitəsini gözləmədən qəflətən yola çıxıb sola dönür. Bu zaman sürətlə hərəkət edən qara rəngli «Jeep» «07»ni vurub əzdikdən sonra yoldan çıxaraq sağda dayanan 3 avtomobillə toqquşur və səkiyə çıxır, buradakı maşınları da əzir.

Hər bir sürücü bu vəziyyətdə yola diqqət etməli, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmadığını görməli və belə nəqliyyat vasitəsi varsa onun sürətini təxmini hesablayb sonra keçməlidir. Yoxsa, bu sürücü kimi, harada gəldi dayanab, haradan və necə gəldi dönmək doğru deyil. Belə edənlərin axırı elə bu qəzadakı kimi olur və olmalıdır da. Çıxış yolu budur ki, o şəxs ya sürücülüyü mükəmməl öyrənməli, qaydalara əməl etməli, ya da hansısa bir qəzada canını tapşırmalıdır…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh