Maşın alarkən diqqətli olun: Siz də bu üsulla aldadıla bilərsiniz - VİDEO

Xəbərlər 14 Mart 2019 00:50 Oxunub 3490
Maşın alarkən diqqətli olun: Siz də bu üsulla aldadıla bilərsiniz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Külli miqdarda pulunu mənimsəyən şəxslər peyda olub

Bakıda "avtomobil satıram" deyib bir nəfəri aldadaraq onun külli miqdarda pulunu mənimsəyən şəxslər peyda olub. İki nəfər şəxs özlərini lizinq şirkətinin nümayəndələri kimi qələmə verərək, bir qadına məxsus avtomobili satmaq üçün müştəri tapıblar. Onlar müştəridən 15 min manata yaxın pulu alıb aradan çıxıblar.

Qadına məxsus avtomobili satmaq üçün müştəri tapan iki nəfər, alıcıya qarşı dələduzluq edib. Bunu zərərçəkmiş paytaxt sakini Xəyyam Babayev iddia edir. Onun sözlərinə görə, elan saytından bahalı bir avtomobil bəyənib və elanda olan nömrəyə zəng vuraraq avtomobili almaq istədiyini deyib. Tərəflər görüşüb qiyməti 40 min manat olan avtomobilə görə ilkin ödəniş kimi 14 min 500 manat ödəmək, qalan məbləği isə kredit şəkilində qaytarmaq barədə razılığa gəliblər. Xəyyam Babayev iddia edir ki, o alacağı avtomobil üçün şəkildə gördüyünüz bu şəxslərə 14 min 500 manat nağd pul ödəyib.

Xəyyam Babayev nə qədər həmin adamlara zəng vursa da, onlar telefonu açmayıblar. Bir müddət sonra isə telefonu söndürüblər. Zərərçəkmiş aldadıldığını anlayıb dərhal ''102'' xidmətinə məlumat verib. Hadisə ilə bağlı o, Nizami rayon 23-cü polis bölməsinə dəvət olunub və izahatı alınıb.Zərərçəkmiş iddia edir ki, həmin fırıldaqçılardan biri İbrahim Əliyev özünü lizinq şirkətinin rəhbəri, Əhməd Cəfərov isə onun sürücüsü kimi tanıdıb. Avtomobilin əsl sahibi Sima adlı qadın da onları əvvəldən tanımadığını deyib.

23-cü polis bölməsindən bildirdilər ki, faktla bağlı Nizami rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Adı çəkilən şəxslərin tutulması istiqamətində axtarış aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh