Avtobusda əlillərin yerini sökən sürücülərə töhmət verildi - FOTO

Gündəm 14 Mart 2015 12:27 Oxunub 1413
Avtobusda əlillərin yerini sökən sürücülərə töhmət verildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki marşrutda yerlərin sökülməsi faktı qeydə alınıb

Dünəndən etibarən 88 saylı marşrutda əlillərin üçün nəzərdə tutulmuş yerin sökülməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, “qafqazinfo” məsələ ilə bağlı 88 saylı xəttin rəhbəri, yeni avtobusları gətirən “Çinar-Trans” MMC-nin direktoru Etibar Manafovla əlaqə saxlayıb. Onun sözlərinə görə, iki marşrutda yerlərin sökülməsi faktı qeydə alınıb: “Dünən gecədən etibarən sökülmüş yerlər bərpa edilib. Həmin iki sürücüyə də töhmət verilib”.

Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehsalıdır.Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə edilməsidir. Hələlik 15 ədəd gətirilib. Sərnişin avtobusları yalnız 88 saylı xətt üzrə hərəkət edir. Onların hər birinin qiymətinin 150 min avro olduğu deyilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh