“Tesla Model 3” cəmi 1 ilə ABŞ-da ən çox satılan elektromobil oldu

Avtoxəbər 14 Mart 2019 22:44 Oxunub 1742
“Tesla Model 3” cəmi 1 ilə ABŞ-da ən çox satılan elektromobil oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Model 3” uzun illər bazarın lideri olan “Chevrolet Volt”u geridə qoyub

Ötən ay ərzində ABŞ bazarında 17 239 elektikli avtomobil satılıb ki, bu da bir il əvvəlki göstəricidən 3,5% çoxdur. Avtosfer.az finans.az-a istinadən xəbər verir ki, feval ayının əsas hadisəsi isə “Tesla Model 3”ün ABŞ-da bütün dövrlərin ən çox satılan elektromobili adını qazanması olub.

Satış həcminə görə. “Model 3” uzun illər bazarın lideri olan “Chevrolet Volt”u geridə qoyub. Belə ki, indiyə kimi “Tesla”nın avtomobilindən 153 796 ədəd, Volt-dan 153 343 ədəd satılıb.

Əsas məqam ondan ibarətdir ki, hazırda istehsalı dayandırılan "Volt" səkkiz il ərzində satılıb, “Model 3” isə rekordu cəmi 1 ilə təzələyə bilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh