Saxta manatla benzin alan şəxs saxlanılıb

Gündəm 14 Mart 2015 12:38 Oxunub 1312
Saxta manatla benzin alan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müşfiq Raca 1 ədəd 10 manatlıq saxta əskinas verib

Yasamal rayonunda saxta pul aşkarlanıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə martın 12-də Yasamal rayonu ərazisində yerləşən “Murad Petrol” yanacaqdoldurma məntəqəsinə baş verib. “Mercedes” markalı avtomobildə gələn Bakı şəhər sakini Orxan Məmmədov və onun sərnişini, Yevlax şəhər sakini Müşfiq Hüseynov yanacaq doldurduqdan sonra növbə rəisi Rac Dadaşova 1 ədəd 10 manatlıq saxta əskinas verib. Onlar yanacaqdoldurma məntəqəsindən uzaqlaşarkən həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 28-ci PB-yə təhvil verilib.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh