Bakıda daha 12 sürücü həbs olundu; avtoş, sərxoş… - FOTO - VİDEO

Avtoxəbər 14 Mart 2015 12:53 Oxunub 2611
Bakıda daha 12 sürücü həbs olundu; avtoş, sərxoş… - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşları 12 sürücünü saxlayıb, onlardan 3-ü avtoxuliqanlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları mart ayının əvvəlindən indiyədək paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş və sənədsiz avtomobil idarə edən 12 nəfəri saxlayıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, onlardan 3-ü avtoxuliqanlıq edib. Digər 5 nəfər avtomobili sərxoş, 4-ü isə sənədsiz idarə edənlərdir.

31 yaşlı Əflatun Nuriyev avtoxuliqanlıq üstündə tutulub. Yol polisi onu Qaradağ rayonu Lökbətan qəsəbəsində minik avtomobili ilə təhlükəli hərəkətlər etdiyi üçün təqib edib və saxlayıb. Məlum olub ki, onun heç sürücülük vəsiqəsi yoxdur. Saxlanılan Əflatun Nuriyev özü isə avtoxuliqanlıq etmədiyini, sadəcə polisə tabe olmadığın deyir.

Nadir Yunusovu isə polis Səbail rayonu ərazisində saxlayıb. Əvvəlcə o da polisə tabe olmaq istəməyib. Sonradan süni tıxac vasitəsi ilə saxlanılıb və məlum olub ki, sürücü Nadir avtomobili sərxoş vəziyyətdə idarə edirmiş. 

Acınacaqlısı isə odur ki, saxlanılanlar arasında sərnişin avtobusunu sənədsiz idarə edən sürücülər də var. Saxlanılan Aqil Qurbanovun sözlərinə görə, onun sürücülük vəsiqəsi yoxdur. Amma bir aya yaxın imiş ki, o 142 saylı xətdə hərəkət edən avtobusu idarə edirmiş. O avtobusu ona təqdim edən sahibin heç bir sənəd tələb etmədiyini deyir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsəd onların ictimai qınağa cəlb edilməsidir. Bu kimi profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.

 

anspress

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh