Nərimanov rayonunda narkomaniya əleyhinə tədbir keçirilib - FOTO

Öyrənək 14 Mart 2019 16:54 Oxunub 4922
Nərimanov rayonunda narkomaniya əleyhinə tədbir keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Narkomaniya ümumbəşəri bəladır”

DİN-in Polis Akademiyası, Baş İctimai Təhlükəsizlik, Bakı Şəhər Baş Polis və Nərimanov Rayon Polis İdarələrinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şagirdlərlə görüşdə DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, ulu öndər Heydər Əliyevin imzaladığı sərəncam və qanunlar cinayətkarlıqla qətiyyətli mübarizənin əsasını qoyub, bu gün də möhtərəm dövlət rəhbərimiz tərəfindən cinayətkarlıqla mübarizə prioritet istiqamət kimi diqqətdə saxlanılır. Ölkəmizin  sürətli sosial-iqtisadi inkişafının məhz mövcud sabitlik, əmin-amanlıq, yüksək ictimai təhlükəsizlik şəraitində baş tutduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Təhsil müəssisələrində narkomaniya əleyhinə keçirilən tədbirlərin əhəmiyyətinə diqqət çəkərək, uşaq hüquqlarının müdafiəsi, onların hüquqazidd əməl və cinayətlərdən qorunması sahəsində görülən işlərdən danışıb.
Nərimanov RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov daxili işlər orqanları  əməkdaşlarının narkomaniyaya qarşı apardıqları qətiyyətli mübarizə və profilaktiki tədbirlər barədə geniş məlumat verib. O, bildirib ki, ölkəmizin hər bölgəsində yeni idman kompleksləri, sağlamlıq meydançaları tikilib istifadəyə verilib. Şagirdlər ölkəmizdə gənclərə olan diqqət və qayğıdan bəhrələnməli, sağlamlıqlarının qayğısına qalmalıdırlar.
Polis Akademiyasının müəllimləri - polis polkovnik-leytenantı Vüqar Mansurov, polis leytenantları Ata Vəliyev və Təbəssüm Hümbətli “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxışlar edərək törədilən hüquqpozmaların fəsadları barədə geniş məlumat verib, analoji maarifləndirici tədbirlərin Polis Akademiyasında da mütəmadi olaraq təşkil edildiyini diqqətə çatdırıblar. 
Bakı şəhər BPİ-nin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
Təhsil müəssisələrində polisin keçirdiyi belə maarifləndirici görüşlərin, profilaktik söhbətlərin əhəmiyyətindən danışan məktəb direktoru Sədaqət Seyidova isə şagirdlərin qanun keşikçilərindən zərərli vərdişlər və narkomaniya haqqında məlumat almalarının ümumi təlim-tərbiyə işinə müsbət təsir etdiyini və buna görə də DİN rəhbərliyinə öz təşəkkürünü bildirib.
Uşaqlar tərəfindən törədilən hüquq pozuntularının səbəbləri və profilaktikası, internetdən təhlükəsiz istifadə, narkomaniyanın sosial bəla kimi genişlənməsi mövzularını əhatə edən digər çıxışlar da maraqla dinlənilib. 
Tədbirin sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb. 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh