Ayselə “Porsche” alan iş adamının satdığı maşınlar – Dodaq uçuran qiymətlər

Avtosfer Foto 14 Mart 2019 17:18 Oxunub 3200
Ayselə “Porsche” alan iş adamının satdığı maşınlar – Dodaq uçuran qiymətlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtosalonunda olan ən ucuz maşın 30 min dollar civarındadır

Xəbər verdiyimiz kimi, ötən gün aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı şok ittiham səsləndirilib. Proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını iddia edib. Qadının 48 yaşlı həyat yoldaşı Elçin Nəcəfovun Ayselə görə onları atdığını deyib. “Yeni” Sabah” xəbər verir ki, E. Nəcəfov iş adamıdır, avtosalonu var və tikinti biznesi ilə məşğuldur. O, “Auto Gallery” avtomobil salonunun sahibidir. İş adamının ölkəyə gətirdiyi və bazara çıxardığı maşınlarla bağlı araşdırma apardıq. Məlum oldu ki, o lüks avtomobillərin satışını həyata keçirir. Avtosalonunda olan ən ucuz maşın 30 min dollar civarındadır. 

Amma maşınların əksəriyyəri 100 min dollardan başlayır. Ən bahalı maşın isə 337 min dollara satışa çıxarılan sıfır km, 2018-ci il buraxılışı olan Range Rover maşınıdır.

Bundan başqa 260 min, 255 min, 170 min dollara satılan digər Range Rover-lər, 240 min, 170 min və 150 min dollara satılan Galenvagen-lər, 135 minə Lexus, 165 min dollara Porşe və digər elit avtomobillər iş adamının salonunu bəzəyir.

Aysel Əlizadəyə “Porşe” alan iş adamının satdığı maşınlar – Dodaq uçuran qiymətlər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh