Bu məktəbdə dərslər qadağan edild - FOTO
Avtosfer Foto 14 Mart 2019 17:35 1120 dəfə oxunub
Bu məktəbdə dərslər qadağan edild - FOTO
Bu səbəbdən yardımçı binada dərs keçmək qadağan olunub

Mingəçevirdə 200 şagirdi olan yardımçı məktəb qəzalı vəziyyətə düşdü. 

News24.az-ın xəbərinə görə, Mingəçevir şəhid B.Şıxəliyev adına 6 saylı məktəbdə hadisə baş verib. Məktəbin yardımçı binasının əsas stunu qəzalı vəziyyətə düşüb. Bu gün məktəbdən 200 şagird əsas korpusa köçürülüb. Qeyd edək ki, 6 saylı məktəb 1954 cü ildə istifadəyə verilib. 1993 cü ildən məktəbin əsas binasında məcburi köçkünlər yerləşdirilmişdi. Ona görə 2003 cü ildə məktəbin yardımçı binası inşa olunub. Hazırda yardımçı bina qəzalı vəziyyətə düşdüyündən sinif otaqlarında dərs keçmək mümkün deyil. Məktəbə Fövqəladə Hallar Nazirliyi, Şəhər Təhsil Şöbəsinin nümayəndələri baxış keçirib.

Qeyd edək ki, məktəb binası uçmaq təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən yardımçı binada dərs keçmək qadağan olunub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh