“Kia Rio” dayanacağa çırpıldı: qız havada uçdu - VİDEO

Avtosfer TV 14 Mart 2019 20:46 Oxunub 3643
“Kia Rio” dayanacağa çırpıldı: qız havada uçdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya 23 yaşlı tələbə qızın sükan arxasında yatması olduğu bildirilib

Rusiyanın Volqoqrad vilayətində “Kia Rio” markalı avtomobil yüksək sürətlə dayanacağa çırpılıb. Avtosfer.az xəbər verir ki, hadisənin videosu “Life Shot” telegram-kanalında yayımlanıb.

Kadrlarda görünür ki, döngəli yolda dönməli olan sürücü yüksək sürətlə əvvəlcə dayanacağa, sonra da avtobus gözləyən iki qıza çırpılır. Qəzanın şiddətindən qızlardan biri havaya qalxaraq metrlərlə irəliyə düşür.

Başından ağır xəsarətlər alan qız xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, qəza 23 yaşlı tələbə qızın sükan arxasında yatması səbəbindən baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh