Yol polisi Zaqatalada maarifləndirici tədbir keçirdi - VİDEO
Yol polisi 14 Mart 2019 21:13 547 dəfə oxunub
Yol polisi Zaqatalada maarifləndirici tədbir keçirdi - VİDEO
Sakinlər müxtəlif təkliflər veriblər

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımı Zaqatalada maarifləndirici tədbir keçirib. Rayonun Əliabad qəsəbəsində baş tutan tədbirdə qəsəbə və Qax rayonunun Qıpçaq kənd sakinləri iştirak ediblər. 
Tədbirdə qeyd olunub ki, Yevlax - Zaqatala - Gürcüstan magistral yolunun üstündə yol qəzaları tez-tez baş verir. Buna səbəb isə axşam saatlarında kənd təsərrüfatı texnikasının və at arabalarının işıqsız hərəkətidir. 
Tədbirdə sakinlər yol kənarında yerləşən məktəblərin qarşısında piyada keçidinin çəkilməsi və dayanma-durmanı qadağan edən nişanın qoyulmasını təklif ediblər. 
Analoji tədbirlərin digər kənd və qəsəbələrdə də keçiriləcəyi vurğulanıb.

Orxan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh