"İydə” parfümeriya şirkəti “Ətir psixologiyası” və yeni “Xəmsə” kolleksiya təqdimatının tədbirin keçirtdi - VİDEO - FOTOLAR

Maraqlı 14 Mart 2019 18:16 Oxunub 3480
"İydə” parfümeriya şirkəti “Ətir psixologiyası” və yeni “Xəmsə” kolleksiya təqdimatının tədbirin keçirtdi - VİDEO - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Psixoterapevt, iştirakçıları ətir dünyasına səyahət etdiri

“İydə” parfümeriya şirkəti yeni kolleksiyasını təqdim edib. Şirkət media nümayəndələri və ətir sevərlərini Azadlıq prospektində yerləşən filialına toplayıb. Tədbirdə məqsəd yeni ətir kolleksiyası olan “Xəmsə”ni təqdim etmək və ətir psixologiyası haqda qonaqları marifləndirmək olub. Tədbirdə Şirkətin marketinq departamentinin direktoru Günel Məmmədova qonaqları salamlayıb və iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Şirkət rəsmisi daha sonra sözü tanınmış psixoterapevt Afət Əsgərzadəyə verib.

Psixoterapevt, iştirakçıları ətir dünyasına səyahət etdirib. O, ətir psixologiyasından danışaraq ətir terapiyasının insan orqanizminə olan təsirini açıqladı.

Daha sonra şirkətin nümayəndəsi Aygül Qədirova “İydə” parfümün 3-cü kolleksiyası olan “Xəmsə” haqqında daha ətraflı məlumat verib. O, yeni kolleksiyanın 5 növünün adını açıqlayıb, "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə". 

Tədbirin sonunda qonaqlar üçün furşet təşkil olunub.

Qeyd edək ki, tədbirdə dəvətlilərə “İydə”nin yeni kolleksiyası olan “Xəmsə”nin parfümlərindan hədiyyələr təqdim edilib.

Əlaqə üçün:
https://www.instagram.com/iydeperfumery/
050 820 55 55
www.iyde.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh