Sahil stansiyası yaxınlığında maşın piyadanı vurub
Qəzalar 15 Mart 2019 07:59 174 dəfə oxunub
Sahil stansiyası yaxınlığında maşın piyadanı vurub
Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib

Bakının mərkəzində yaşlı kişini maşın vurub. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə Səbail rayonunda, metronun Sahil stansiyasının yaxınlığında baş verib.

1944-cü il təvəllüdlü Məsimov Sabir Məhəmməd oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Hyundai” markalı minik avtomobili vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh