Aeroflotun təyyarəsi Moskvaya geri dönməyə məcbur olub
Gündəm 15 Mart 2019 08:11 281 dəfə oxunub
Aeroflotun təyyarəsi Moskvaya geri dönməyə məcbur olub
İstintaq komitəsi məsələ ilə bağlı araşdırma aparır

Moskvadan Salonikə uçan təyyarə təcili Şeremetyevo aeroportuna qayıtmağa məcbur olub. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, buna səbəb ön pəncərənin çatlaması olub. 48 sərnişinin yerləşdiyi “Sukhoi Superjet” 100 təyyarəsinin pilotları yüksəkliyə qalxarkən çatı müəyyən edib və geriyə dönüb. İstintaq komitəsi məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Sukhoi Superjet 100 "Suhoi" şirkəti tərəfindən istehsal edilib və SSRİ-nin dağılmasından sonra Rusiyada yaradılan yeganə müasir mülki təyyarədir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh