Bakıda "qoçuluq" edən "Niva"lar cərimə meydançasında - FOTO - VİDEO

Avtosfer TV 15 Mart 2019 09:08 Oxunub 8463
Bakıda "qoçuluq" edən "Niva"lar cərimə meydançasında - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP hər iki sürücü barəsində ciddi tədbir görüb

Bir müddət öncə Avtosfer.az portalında 10 NJ 666 və 02 BP 212 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillərin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı ünvanlanmış şikayət məktub əsasında yazı dərc edilmişdi.


Xatırladaq ki, 10 NJ 666 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vaqif küçəsində qanunla qadağan edilən çox avazlı səs siqnallarında istifadə edib, manevr qaydalarını pozaraq hərəkətin digər iştirakçılarına maneə yaratmışdı.


Eyni zamanda  02 BP 212 dövlət nömrə nişanlı "Niva" avtomobilinin sürücüsü sükan arxasında spirtili içki qəbul edərək avtomobili sürməsi, həmçinin Rüstəm Rüstəmov küçəsində manevr qaydalarının pozulması və bununla yanaşı sosial şəbəkədə sürücünün digər küçə və prospektlərdə avtoxuliqanlıq əməllərinin video sübutu barəsində paylaşımlar olmuşdu. Araşdırma zamanı avtomobilin sürücüsü Saməddin adlı şəxsin avtomobili sənədsiz idarə etməsi faktı da aşkara çıxıb.


Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yuxarıda qeyd edilən nəqliyyat vasitələri Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib və barələrində ciddi tədbir görülüb. 
Avtosfer az portalı olaraq araşdırmanın nəticəsində nəqliyyat vasitələrinin duracaqda olan şəkillərini diqqətinizə çatdırırıq.

Həmçinin DYP rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına edilən şikayətə reaksiya verib, sürücülər barəsində operativ və ciddi tədbir gördüyü üçün təşəkkürümüzü bildiririk.


Rüstəm Cəfərov

Kənan Dalğa

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh