“Bibi”nin apellyasiya şikayəti təmin edilməyib
Gündəm 15 Mart 2019 10:25 204 dəfə oxunub
“Bibi”nin apellyasiya şikayəti təmin edilməyib
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə

Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda təqsirləndirilən Sənubər Lütfəliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Lütfəliyevanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini “bibi” ləqəbli S.Lütfəliyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. O, “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olurmuş.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh