60 min yaşı olan qədim silah emalatxanası tapıldı – FOTO

Maraqlı 15 Mart 2019 23:42 Oxunub 1804
60 min yaşı olan qədim silah emalatxanası tapıldı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar Polşa ərazisində təxminən 300 min il əvvəl peyda olublar

Neandertallar müasir insanın əcdadı sayıldığından, onlarla bağlı hər arxeoloji tapıntı bizim üçün çox maraqlıdır. Polşadan gələn xəbər bu mənada çox vacibdir.

Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, arxeoloqlar Polşada neandertalların alətlər və silahlar hazırladığı emalatxana tapıblar. Tapıntılar Sileziya vilayətində aşkar edilib. Tədqiqatçılar orada 17 minə qədər daş məmulatlar üzə çıxarıblar. Analiz göstərir ki, tapıntıların 60 min yaşı var. Onlar Polşa ərazisində təxminən 300 min il əvvəl peyda olublar.

Vrotslav universitetinin doktoru Ancey Vişnevskinin dediyinə görə, indiyə qədər hesab edirdilər ki, bu qədər böyük silah qalığı yalnız müasir insanlarda ola bilərdi. Alimlər düşünürdü ki, belə emalatxanalar 40 min il əvvəl yaranıb. Neandertallar bir yerdə uzun müddət yaşamadığından, onlardan belə emalatxana gözlənilmirdi.

Emalatxanada daş baltalar və bıçaqlar, həmçinin onları düzəltmək üçün alətlər tapılıb. Alimlər hazırlanma prosesini də müəyyənləşdirə biliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh