Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb - FOTO
Gündəm 15 Mart 2019 10:44 115 dəfə oxunub
Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb - FOTO
Faktla bağlı araşdırma aparılır

Martın 14-də İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 3 nəfər rayon sakini onlara məxsus “VAZ 2106” markalı avtomobillərdən akkumulyatorların oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Asim Məmmədov saxlanılıb.

O, oğurladığı akkumulyatorları rayon ərazisində onların alqı-satqısı ilə məşğul olan yerlərə satıb. Oğurlanmış akkumulyatorlar həmin yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh