“Fresco”dan alınan vaflidən rezin əlcək çıxdı - FOTO - VİDEO
Gündəm 15 Mart 2019 10:54 70 dəfə oxunub
 “Fresco”dan alınan vaflidən rezin əlcək çıxdı - FOTO - VİDEO
Şirkət məsələni bağlamaq üçün xanım nümayəndəsini bir qutu vafli hədiyyələrlə evimizə göndərdi

Azərbaycanda istehlakçının aldığı vaflidən rezin əlcək çıxdı.

News24.az-a şikayət edən istehlakçı bildirib ki, “Fresco” marketindən alınan “Avrora” şirkətinə məxsus aldığı vaflidən gözləmədiyi halda rezin əlcək çıxıb: “Vaflini eksperteziya apardım. Həqiqətən də vaflinin içərisindən əlcəyin çıxdığı təsdiqləndi. Hətta şirkətin nümayəndələri də bunun şahidi oldu.

Ekspertizadan  sonra şirkət məsələni bağlamaq üçün xanım nümayəndəsini bir qutu vafli hədiyyələrlə evimizə göndərdi. Amma mən razılaşmadım”. İstehlakçının şikayətinə əsasən “Avrora” şirkəti ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi sualımızı eşidən kimi məsələ ilə bağlı hər hansı açıqlama verməyəcəklərini bildirdi: “Şirkət tərəfindən sizinlə əlaqə saxlanılacaq. Amma indi bu barədə heç bir açıqlama verməyəcəyik”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh