Azərbaycanlı əsgəri döyən 2 nəfər saxlanılıb - FOTO
Gündəm 15 Mart 2019 11:17 246 dəfə oxunub
Azərbaycanlı əsgəri döyən 2 nəfər saxlanılıb - FOTO
Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcək

Gürcüstanın Hərbi Polisi Krtsanisi hərbi hissəsində əsgər Kazım Qəhrəmanovun döyülməsinə görə 2 nəfəri saxlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. İki nəfərin saxlanılması Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcək. Tbilisi Şəhər Məhkəməsinin bu gün saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir. Saxlanılan şəxslərin K.Qəhrəmanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərməklə pul tələb etmələri müəyyən olunub.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh