Məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 40-a çatıb - FOTO
Gündəm 15 Mart 2019 11:22 169 dəfə oxunub
Məscidlərdə atəş açılması nəticəsində ölənlərin sayı 40-a çatıb - FOTO
Yaralananlar xəstəxanaya yerləşdiriliblər

Yeni Zelandiya Baş naziri Casinda Ardern Kraystçörç şəhərində məscidlərə edilən hücum nəticəsində 40 nəfərin öldüyünü təsdiqləyib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. Onun sözlərinə görə, Linvuddakı (Kraystçörç ətrafında yerləşir - red.) məsciddə 10, şəhərin birbaşa özündə Din-avenyudakı məsciddə 30 nəfər ölüb, 20-dən çox adam ağır yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

***06:59

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb. Bu barədə mənbələrə istinadən "Stuff" portalı məlumat yayıb. Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər. "New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh