Sabah istehsal olunacaq yumurta "OBA" marketdə bu gün satışa çıxarılıb - FOTOFAKT
Gündəm 15 Mart 2019 11:35 132 dəfə oxunub
Sabah istehsal olunacaq yumurta "OBA" marketdə bu gün satışa çıxarılıb - FOTOFAKT
İsmayıl Tağıyev həmin yumurtaları Yasamal rayonunda yerləşən “Oba” marketdən alıb

"OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar martın 14-də satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, Bu barədə BAKU.WS-ə İsmayıl Tağıyev adlı oxucumuz məlumat verib. Onun sözlərinə görə, həmin yumurtaları Yasamal rayonunda (Kaktus restoranının yaxınlığında) yerləşən Oba marketdən alıb. Üzərindəki istehsal tarixi isə evdə diqqətini cəlb edib. "OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu bildirib. O qeyd edib ki, sabah bununla bağlı istehsalçı şirkətdən izahat tələb olunacaq və ətraflı məlumat yayılacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh