Qubada 5 yaşlı oğlunun ölümünə səbəb olan şəxsin ibtidai istintaqı başa çatıb
Gündəm 15 Mart 2019 11:39 119 dəfə oxunub
Qubada 5 yaşlı oğlunun ölümünə səbəb olan şəxsin ibtidai istintaqı başa çatıb
Cinayət işi hakim Xıdır Quliyevin icraatına verilib

Quba rayonunda 5 yaşlı oğlunun ölümünə səbəb olan sürücü - Bəhərçin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xıdır Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il yanvarın 13-də Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini B.Vəliyev "QAZel” markalı avtomobili arxaya sürərkən 2014-cü il təvəllüdlü oğlu Rəvan Vəliyevi vurub. Təkərin altında qalan R.Vəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh