"Tesla" yeni krossoveri "Model Y" elektomobilini təqdim etdi

Avtoxəbər 15 Mart 2019 23:05 Oxunub 1302
"Tesla" yeni krossoveri "Model Y" elektomobilini təqdim etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə ən ucuz “Model Y” avtomobilləri 39 min ABŞ dolları dəyərində olacaq

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti elektrik mühərrikli yeni krossoveri olan “Model Y”ı təqdim etdi. Avtosfer.az  finans.az-a istinadən xəbər verir ki, şirkətin rəhbəri İlon Mask yeni elektromobilin bir şarjdan 480 kilometr məsafə qət edə, 3,5 saniyə ərzində isə 96 km/saata kimi sürətlənə bildiyini deyib.

Onun sözlərinə görə, avtomobil SUV fünksionalına malik olsa da idman avtomobili kimi gedir.

Qeyd olunur ki, yeni avtomobilin kütləvi istehsalına 2020-ci ilin payızında başlanacağı gözlənilir. Artıq 2021-ci ildə bir şarjdan 370 kilometr məsafə qət edə biləcək daha sadə komplektasiyalı “Model Y” elektromobillərinin də istehsalına başlanacaq. “Tesla”nın rəhbərinin sözlərinə görə, gələcəkdə ən ucuz “Model Y” avtomobilləri 39 min ABŞ dolları dəyərində olacaq.

Xatırladaq ki, hazırda “Tesla” şirkəti “Model 3” və “Model S” sedanlar və “Model X” krossoveri istehsal edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh