Yeni Zelandiyanın Kraystçörç şəhərində aviareyslərin bir hissəsi ləğv edilib
Gündəm 15 Mart 2019 12:09 373 dəfə oxunub
Yeni Zelandiyanın Kraystçörç şəhərində aviareyslərin bir hissəsi ləğv edilib
Kraystçörç aeroportu: “Aviasiya təhlükəsizliyi terminaldakə mövcudluğunu genişləndirib”

Yeni Zelandiyanın Kraystçörç şəhərindəki hava limanı şəhərdə baş verən silahlı hücumlardan sonra uçuşların bir hissəsini ləğv edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, aeroportun bəyanatında hava limanının açıq olduğu, amma hadisələrin bəzi reyslərə təsir göstərdiyi vurğulanıb.

"Aviasiya təhlükəsizliyi ehtiyat tədbirləri olaraq terminaldakı mövcudluğunu genişləndirib", - Kraystçörç aeroportundan bildiriblər.

Vellinqton, İnverkargill, Danidan, Neypirdən olan bəzi reyslər ləğv edilib, bəziləri gecikdirilib. Eyni zamanda hava limanı "Air New Zealand" aviaşirkətinin Kraystçörçdən 17 regional reysi ləğv etdiyini açıqlayıb.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 40 nəfər ölüb, 48 nəfər yaralanıb. Yaralıların 20-dən çox ağır vəziyyətdədir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh