Avtomobil arakəsmələrə çırpıldı: dəmir sürücünün qarnına girdi - FOTO

Avtosfer Foto 15 Mart 2019 18:29 Oxunub 2059
Avtomobil arakəsmələrə çırpıldı: dəmir sürücünün qarnına girdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib

Türkiyənin Dənizli vilayətinin Pamukkale rayonunda, bilinməyən səbəbdən idarəetmədən çıxan avtomobil dəmir arakəsmələrə çırpılıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzanın şiddətindən dəmir arakəsmə avtomobilin ön hissəsindən keçərək sürücünün qarın nahiyyəsinə batıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə tibb, xilasetmə və polis briqadaları cəlb edilib.

Xilasetmə əməkdaşları sürücünü sıxışdığı yerdən çıxararaq tibb əməkdaşlarına təhvil veriblər.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırma aparır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh