İran Suriyada avtomobil istehsalına başlayıb

Avtoxəbər 15 Mart 2019 22:55 Oxunub 3135
İran Suriyada avtomobil istehsalına başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin mərhələdə bu növ avtomobildən 1000 ədəd istehsal olunması nəzərdə tutulub

İran Suriyada avtomobil istehsalına başlayıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Suriyanın Hassia sənaye şəhərində “Saipa-H330” markalı avtomobil istehsal edilir. “Saipa” şirkətinin Suriyadakı nümayəndəsi Fəhəd Dərviş bildirib ki, istehsal olunacaq avtomobil modern texniki imkanlara malikdir: “Yeni avtomobillərin Suriyanın Dəməşq, Hələb, Lazkiyə, Homs, Həmah və digər şəhərlərində satışına gələn həftədən başlayacaq”. Onun sözlərinə görə, ilkin mərhələdə bu növ avtomobildən 1000 ədəd istehsal olunması nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh