Aİ-də avtomobil satışları ardıcıl olaraq 6-cı aydır azalır

Avtoxəbər 15 Mart 2019 22:44 Oxunub 1254
Aİ-də avtomobil satışları ardıcıl olaraq 6-cı aydır azalır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərinin satışları 2019-cu ilin fevral ayında 0,9% azalaraq 1 mln. 148 min 775 ədədə düşüb

Avropa İttifaqında (Aİ) yeni minik avtomobillərinin satışları 2019-cu ilin fevral ayında 0,9% azalaraq 1 mln. 148 min 775 ədədə düşüb. Avtosfer.az-ın finans.az-a istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına əsasən Aİ-də yeni avtomobillərin satışının azalması artıq 6 aydır davam edir. ACEA-ya görə cari ilin ilk iki ayında avtomobil satışalı 2 mln. 374 min 963 ədəd (-2,9%) olub.

Ötən ay Aİ-də 131 144 ədəd (+4%) satışlarla “Volkswagen” birinci olub. “Peugeot” 79 206 ədəd (+0,2%), “Renault” 79 134 ədəd (-1,7%), “Ford” 70 971 ədəd (-5,4), Opel/Vauxhall 63 343 ədəd (-3,4%) avtomobil satıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh