Oğuzda yaşlı qadını avtomobil vurub

Qəzalar 16 Mart 2019 08:18 Oxunub 764
Oğuzda yaşlı qadını avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Xanlar Ferzand oğlu Zərbəliyev idarə etdiyi "90-MU-605" dövlət qeydiyyat nişanlı "VAZ- 21015" markalı minik avtomibili ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Mingəçevir şəhər sakini, 1951-ci il təvəllüdlü Həyat Həsən qızı Gülməmmədovanı vurub. Yaralı vəziyyəti ağır olduğu üçün "təcili yardım" maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, 68 yaşlı H.Gülməmmədova qapalı kəllə-beyin travması diaqnozu ilə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib,vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh