Ağdaşda mikroavtobus yol qəzasına düşüb

Qəzalar 16 Mart 2019 08:45 Oxunub 912
Ağdaşda mikroavtobus yol qəzasına düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda mikroavtobus yol qəzasına düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 260-cı km-də, Ağdaş rayon Ləki kənd ərazisində qeydə alınıb.

Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Elçin Qasımovun idarə etdiyi "57-BZ-611" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus yola çıxan inəyi vuraraq öldürüb. Yol qəzası zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə zərər dəyib.

Mikroavtobus Bakıdan Şəmkir istiqamətində hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh