7 yaşlı uşağı avtomobil vurdu - Vəziyyəti ağırdı

Qəzalar 16 Mart 2019 17:49 Oxunub 1111
7 yaşlı uşağı avtomobil vurdu - Vəziyyəti ağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, bu gün saat 13:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ 2107" markalı minik avtomobili Ucar şəhər sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlunu vurub.

Məktəbli ağır bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh