Tovuzda 21 yaşlı gənc yük maşının altında qalaraq ölüb - FOTO

Qəzalar 17 Mart 2019 19:50 Oxunub 988
Tovuzda 21 yaşlı gənc yük maşının altında qalaraq ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən, "ZİL" markalı yük maşını qəfildən aşıb.

Nəticədə maşının yük yerində olan gənc oğlan maşının altında qalıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yük maşınının sürücüsü və Əli Abbasovun atası, İltifat Abbasov isə ciddi xəsarət almayıb.

Qeyd edək ki, sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh