Maşın kanala düşdü: yaralı var

Qəzalar 17 Mart 2019 20:03 Oxunub 785
Maşın kanala düşdü: yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlaxda avtomobil kanala düşüb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə rayonun Salahlı kənd qəbiristanlığının yanından keçən kanalda baş verib. ”VAZ 2104” markalı avtomobil manevr edərkən kanala düşüb. Hadisə nəticəsində sürücü də daxil olmaqla, 3 nəfər xəsarət alıb. 1974-cü il təvəllüdlü Mingəçevir sakini Əliyeva Mətanət Nurməhəmməd qızı və 1972-ci il təvəllüdlü Mingəçevir sakini Minayə Nəbiyeva müxtəlif bədən xəsarətləri aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh