Sürücələrə ŞAD XƏBƏR: Heydər Əliyev prospekti genişləndirildi

Avtoxəbər 16 Mart 2015 11:45 Oxunub 1537
Sürücələrə ŞAD XƏBƏR: Heydər Əliyev prospekti genişləndirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər çətinliklə üzləşdiyi üçün yolun bir hissəsində genişləndirmə işi həyata keçirilib

Paytaxtın əsas prospektlərindən biri olan Heydər Əliyev prospektində genişləndirmə işləri aparılıb. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısından gəlib "Ramstor" yolötürücüsündən dönmə əməliyyatı edərək, yenidən H.Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri çətinliklə üzləşdiyi üçün yolun bu hissəsində genişləndirmə işləri həyata keçirilib.

Eyni zamanda Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri  üçün yaranan  maneələri  nəzərə alaraq həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirilib. Bu, həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh