Gənc oğlan yük maşınının altında qalıb öldü, sürücü hadisə yerindən qaçdı

Qəzalar 17 Mart 2019 21:19 Oxunub 1056
Gənc oğlan yük maşınının altında qalıb öldü, sürücü hadisə yerindən qaçdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən, içində olduğu  "ZİL" markalı yük maşını aşıb.

 

Avtosfer.Az oxu.az-a istinadən bildirir ki, maşının yük yerində olan gənc oğlan maşının altında qalıb.

 

O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

 

Sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.

 

Mərhumun atası İltifat Abbasov isə ciddi xəsarət almayıb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh