Qatar relsdən çıxdı: 24 ölü, 31 yaralı

Qəzalar 18 Mart 2019 07:14 Oxunub 724
Qatar relsdən çıxdı: 24 ölü, 31 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin səbəbləri məlum deyil

Konqo Demokratik Republikasında qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Kasai vilayətində baş verən hadisə nəticəsində daha 31 nəfər yaralanıb.

KİV-lər qeyd edir ki, sərnişinlərin əksəriyyəti qatarda qeyri-qanuni hərəkət edirdi. Ölənlər arasında uşaqların olduğu da bildirilir.

AFP agentliyi bildirir ki, hadisə nəticəsində bir neçə vaqon aşıb, daha bir neçəsi isə körpüdən çaya düşüb.

Hadisənin səbəbləri məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh