İki metro qatarı toqquşub: maşinistləri xəsarət alıb

Qəzalar 18 Mart 2019 07:45 Oxunub 835
İki metro qatarı toqquşub: maşinistləri xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toqquşmadan sonra qatarlardan biri relsdən çıxıb

Honkonqda iki metro qatarı tooquşub. Hadisə nəticəsində qatarların maşinistləri xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, qəza gecə saatlarında baş verib. Həmin vaxt qatarların boş olduğu deyilir.

Məlumata görə, insident şəhərin mərkəzi hissələrindən sayılan “Sentral” stansiyası yaxınlığında, yeraltı “qırmızı xətt”də yoxlamalar aparılan zaman qeydə alınıb. Toqquşmadan sonra qatarlardan biri relsdən çıxıb.

Şəhərin dəmir yolu nəqliyyatından bildirilib ki, qəza ilə əlaqədar gün ərzində Honkonq adasını şəhərin materik hissəsi ilə birləşdirən “Sentral” və “Edmirelti” stansiyaları arasında “qırmızı xətt”də hərəkət mümkün olmayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh