İnsan ölümündən əvvəl hansı yuxuları görür? - ALİMLƏRDƏN AÇIQLAMA

Maraqlı 18 Mart 2019 23:34 Oxunub 1434
İnsan ölümündən əvvəl hansı yuxuları görür? - ALİMLƏRDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsan ruhu ölümdən əvvəl artıq bədəndən ayrılmağa başlayır və başqa ölçülərdə, dünyalarda üzür...

ABŞ-ın Nyu-York ştatındakı Buffalo şəhərindəki bir elmi mərkəz 10 illik tədqiqatın başa çatdığını bəyan edib. Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, tədqiqat insan ömrünün son günlərinə aiddir.

Mütəxəssislər bu illər ərzində qeyri-adi kəşflərə imza atıblar. Məlum olub ki, ölümdən bir neçə gün əvvəl insan eyni yuxunu görür. Bu barədə tədqiqat qrupunun rəhbəri, doktor Kristofer Kerr məlumat verib. Onun sözlərinə əsasən, ümidsiz xəstələri müşahidə edən qrup məlum olub ki, ölümündən 3 həftə əvvəl müntəzəm olaraq insan qeyri-adi və xoş yuxular görür. Bu yuxularda xəstə ölmüş qohumları, dostları, sevgililəri və hətta dünyada olmayan heyvanları da görür. Çox isti sentimental hisslər keçirir.

Bəzən isə bu insanlar yuxuda çemodanını yığır, təyyarə və ya qatara bilet alır. Yəni konkret olaraq son səfərə hazırlaşır. Bununla yanaşı, uzaqda, üfüqdə maraqlı peyzajlar görür: sıx meşələr, ucsuz-bucaqsız sahələr, isti dənizlər, hündür dağlar. Bir çox pasient yuxudan göz yaşı içində ayılır və uzun müddət özünə gələ bilmir.

Tədqiqatda 13 mindən çox insan iştirak edib və onlardan 88%-i ölümdən əvvəl qəribə və parlaq yuxu görüblər. Qeyri-adi yuxular sağalmaz xəstəliyi olan insanlarda ölümdən 10-11 həftə əvvəl başlayır. Ölümə 3 həftə qalmış isə yuxular daha fantastik olur. Alimlər hələ də bunun izahını tapa bilmirlər. Təbii ki, materialistlərin fikrinə əsasən, ölümdən əvvəl beyin çox sayda "xoşbəxtlik hormon"u ifraz edir. Bununla da dünyasını dəyişəcək şəxsin son günlərini daha da rahatlaşdırır.

Metafizik izaha görə, insan ruhu ölümdən əvvəl artıq bədəndən ayrılmağa başlayır və başqa ölçülərdə, dünyalarda üzür...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh