Maşının üstünə balkondan zibil atdılar - Şüşəsi sındı - FOTO

Avtosfer Foto 18 Mart 2019 13:47 Oxunub 1731
Maşının üstünə balkondan zibil atdılar - Şüşəsi sındı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zibil maşının üstünə düşərək alın şüşəsini sındırıb

Bakıda gecə avtomobilini binanın qarşısında saxlayan sürücü səhər gələn zaman iyrənc mənzərə ilə qarşılaşıb. Bu barədə Avtosfer.az-a müraciət edək vətəndaş deyir ki, dünən (17 mart)  Xudu Məmmədov keçəsi ilə İlqar Zülfiqarov küçəsinin kəsişməsində (Neptun Marketin qarşısı) axşam 20:00-da avtomobili saxlayıb evə gedib. Səhər saat  07:25-də işə gedən zaman avtomobilinin yanına gələn sürücü görüb ki, avtomobilini saxladığı binanın yuxarı mərtəbələrinin birindən zibil atılıb.

Həmin zibil onun maşınının üstünə düşərək alın şüşəsini sındırıb və zibil kapotun üzərinə dağılıb.

Fotoları təqdim edirik:

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh