Avtomobildən qayıq düzəldən insan - VİDEO

Maraqlı 16 Mart 2015 23:44 Oxunub 1816
Avtomobildən qayıq düzəldən insan - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Avtomobildən qayıq düzəltmək cəmi 10 gün vaxt aparır»

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində bundan sonra standartlara cavab verən avtomobillər yollarda, cavab verməyən maşınlar isə çaylarda hərəkət edəcək. Bu şəhərdə yaşayan Lambert Kamps adlı bir gənc  öz qeyri-adi layihəsi ilə gündəm yaradıb. Bacarıqlı gənc avtomobillərdən qayıq düzəltməklə, çay və kanallarda nəqliyyatın hərəkətini gücləndirmək niyyətindədir. Lambert Kamps avtomobildən qayıq hazırlamaq üçün o qədər də xərcə düşmür. Çünki, bu qayıqlar məhz istifadəyə yararsız avtomobillərdən hazırlanır. Bir vaxtlar insanların küçələrdə mindiyi taksilərin indi "tərsinə" vəziyyətdə suda üzdüyünü görmək isə hər bir insana maraqlı gələr bilər. Bunu Lambert Kampsın layihəsini  bəyənənlərin sayı da göstərir. Avtomobildən qayıq hazırlama layihəsi ekoloji baxımdan da  təmizdir. Çünki, istehsalçı, bu qayığı suya buraxmazdan əvvəl, avtomobilin mühərrikini çıxardır, maşındakı bütün kimyəvi yağlar təmizlənir. O ki qaldı arxası üstdə suya buraxılan avtomobilin qayıq kimi təhlükəsizliyinə, Lambert Kamps buna da zəmanət verir. Lambertin sözlərinə görə bir avtomobildən qayıq düzəltmək cəmi 10 gün vaxt aparır. Onun hazırladığı ilk avtomobil-qayıq aprelin 11-də rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh