Gürcüstandan Azərbaycana avtomobil gətirilməsi 2,4 dəfə artıb

Avtoxəbər 19 Mart 2019 23:05 Oxunub 1126
Gürcüstandan Azərbaycana avtomobil gətirilməsi 2,4 dəfə artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-fevral aylarında

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 2 175 ədəd avtomobil alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. İdxal olunan avtomobillərin ümumi dəyəri 19 mln. 797 min dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 1 299 ədəd və ya 2,4 dəfə çoxdur. 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 16 mln. 116 min dollar olan 876 ədəd avtomobil idxal edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh