Bakıda iki "BMW" toqquşub, yaralılar var - VİDEO

Qəzalar 20 Mart 2019 10:46 Oxunub 719
Bakıda iki "BMW" toqquşub, yaralılar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda eyni markalı iki avtomobil toqquşub, nəticədə iki nəfər xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunun Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Klinikasının qarşısında baş verib.

İşıqforla tənzimlənən yol ayrıcında qırmızı işıqdan yüksək sürətlə keçən “BMW” markalı avtomobil yaşıl işıqdan keçən eyni markalı avtomobilə çırpılıb. Nəticədə sonuncu avtomobildə olan sərnişin və sürücü müxtəlif xəsarətlər alıb. Onlara təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı əraziyə Post və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh